AZ

YAP Mingəçevir şəhər təşkilatında 8 Mart Qadınlar Günü ilə bağlı tədbir keçirilib -Fotolar



7 mart 2025-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatında qadın partiya fəalları ilə 8 Mart Qadınlar Günü ilə bağlı tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək əvvəlcə xanımları 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirir. Qeyd etdi ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları dünyanın bir çox ölkələrində, o cümlədən özünü “demokratiyanın beşiyi” kimi təqdim etməyə çalışan bəzi Avropa ölkələrində olduğundan daha əvvəl seçib-seçilmək hüququ əldə etmişlər. Belə ki, ilk dəfə Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Bu tarixi fakt Azərbaycan cəmiyyətinin qadına münasibətinin və əlbəttə ki, qadınlarımızın elm, mədəniyyət və digər sahələrdə malik olduqları yüksək potensiallarının bariz göstəricisidir. Şanlı tariximizin bütün dövrlərində olduğu kimi, bu gün də müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı. Qadınların hərtərəfli fəaliyyətinə geniş meydan verən Ulu Öndər sözün əsil mənasında lider qadınlar yetişdirmişdir. Ümummilli Liderin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması işinə dəyərli töhfələr vermişdir.

Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qadın siyasəti xanımlarımızın qarşısında hüdudsuz imkanlar açır. Hazırda Azərbaycan qadınının aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Həqiqətən də vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlətin idarə olunmasında və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər bir Azərbaycan qadını üçün əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Daha sonra Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, partiya veteranı İranə Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğısındandan söz açaraq bildirdi ki, bu gündə dövlət qadın siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğısındandan çox razıyıq və bu bayram münasibəti ilə bütün xanımları təbrik edərək hər birinə sağlam ömür arzuladı.

Sonda YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə partiya fəallarına Abbasova Aynurə Arif qızı – Mingəçevir Turizm Kollecinin direktor müavini, Məmmədova Vəfa Saleh qızı – Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, kadrlar şöbəsinin müdiri, Namazova Səidə Məhəmməd qızı – Mingəçevir Gigiyena Epidemiologiya Məkəzinin mühasibi, Ağalarova Arzu İslam qızı - AzİES, kadrlar şöbəsinin müavini Fəxri Fərman, İsgəndərova Zülfiyyə İsrəfil qızı – Mingəçevir şəhər Xüsusi təhlükəli infeksiyalara nəzarət mərkəzi PHŞ-in baş mühasibi, Usubova Afaq Fazil qızı – Mingəçevir şəhər Təhsil şöbəsinin mühasibi, Hidayətova Esmira Əsabəli qızı – Respublikanın bölgə üzrə müxbiri, Süleymanova Lətafət Süleyman qızı – Mingəçevir Bələdiyyəsinin mühasibi hədiyyə və Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya biletləri təqdim olunaraq təbrik edildilər .

Sonda xatirə şəkili çəkildi.



Seçilən
32
aia.az

1Mənbələr