AZ

"Liverpul" Türkiyə millisinin futbolçusunu hədəflədi

style='margin-bottom:10px;'>

"Liverpul" "Yuventus"un futbolçusu Kenan Yıldızı hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə "TuttoJuve" nəşri İngiltərə mətbuatına istinadən məlumat yayıb. 

Mersisaydlılar Türkiyə millisinin hücumçusu üçün 80 milyon avro ödəməyə hazırdırlar. İngiltərə klubunda 19 yaşlı oyunçunu vingerləri Məhəmməd Salahın əvəzi kimi görürlər. Misirli futbolçunun "Liverpul"la müqaviləsi yayda bitəcək.

Bildirilir ki, İtaliya klubu Yıldızın transferindən 100 milyon avro qazanmaq niyyətindədir. 

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində 40 matça çıxaraq 6 qol vurub və 4 qolun ötürməsini edib. Onun komandası ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Seçilən
10
2
teleqraf.com

3Mənbələr