AZ

ABŞ-ın dəstəyi olmadan Avropanın nüvə arsenalı Rusiyaya qarşı dura bilməz - “The Daily Mail”

Avropa ölkələrinin nüvə arsenalı o qədər böyük deyil ki, ABŞ-ın dəstəyi olmadan Rusiyaya qarşı dura bilsin. Xüsusilə, ABŞ NATO-nun nüvə müdafiəsini böyük ölçüdə təmin edir.

Herbiand.az bildirir ki, bu barədə “The Daily Mail” qəzetindəki məqalədə deyilir.

Qəzet qeyd edib ki, ABŞ-da 3700-dən çox nüvə başlığı var ki, onlardan bir neçə yüzü Avropada yerləşir. Rusiyada isə nüvə başlığının sayı 5000-dən çoxdur. Eyni zamanda, Böyük Britaniya (225) və Fransa (290) daha kiçik nüvə arsenalına malikdir.

“Problem təkcə nüvə dəyənəyinin ölçüsündə deyil, həm də Avropanın onu yelləmək qabiliyyətindədir.  Avropanın nüvə qüvvələri ciddi logistik məhdudiyyətlərdən çox əziyyət çəkir”, məqalədə deyilir.

Qəzet qeyd edir ki, buna görə də Avropa böhran vəziyyətində effektiv cavab verə bilməyəcək. Bundan başqa, Böyük Britaniyanın Amerika texnologiyasından çox asılı olması vəziyyəti daha da mürəkkəbləşdirir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr