Niderlandın Apeldorn şəhərində atletika üzrə qapalı məkanda Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, mötəbər yarışda Azərbaycanı təmsil edən Rüstəm Məmmədov bu gün təsnifat mərhələsində mübarizə aparıb.
Üç təkanla tullanma növündə çıxış edən atletimizin nəticəsi 16.28 metr olub. Bu göstərici ilə Məmmədov 18 idmançı arasında 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Rüstəm sabah baş tutacaq final mərhələsində Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq.
saytlarin hazirlanmasi