AZ

Avropanın təhlükəsizliyi Türkiyəni də maraqlandırır -

Türkiyənin Avropa İttifaqına tam üzv olmaq hədəfi dəyişməyib. Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Avropa İttifaqı strateji mövqe nümayiş etdirərək üzvlük barədə danışıqları bərpa etməlidir.

Ərdoğan, “Avropanın təhlükəsizliyi ilə bağlı bütün addımları Türkiyə ilə birlikdə planlaşdırmaq bizim qarşılıqlı maraqlarımıza uyğun olacaq. Bütün bu səylərdə transatlantik bağı maksimum dərəcədə qorumaq və müttəfiqimiz Amerikadan güclü dəstək almaq, şübhəsiz ki, vacibdir. Unutmayaq ki, Avropanın təhlükəsizliyi təkcə birliyə üzv olan dövlətlərin işi deyil. Bu, bütün Avropa müttəfiqlərini maraqlandıran məsələdir” - deyə bildirib.

Seçilən
23
metbuat.az

1Mənbələr