AZ

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəm

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya endirdiyi hava zərbələrindən sonra sosial şəbəkədə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Rusiyanın Ukraynaya ağır zərbə vurduğunu bildirən Tramp Rusiyanın bank sisteminə qarşı sanksiyaları düşündüyünü bildirib.

Tramp “Social Truth” sosial media platformasında bu sözləri deyib:

"Rusiyanın Ukraynaya ağır zərbə vurduğunu nəzərə alaraq, atəşkəs və sülh sazişi əldə olunana qədər Rusiyaya qarşı geniş bank və gömrük tarifləri tətbiq etməyi ciddi şəkildə düşünürəm. Rusiya və Ukrayna, indi masaya gəlin. Çox gec deyil. Təşəkkür edirəm!"

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
turkustan.az

1Mənbələr