AZ

Karyerasını İngiltərədə davam etdirə bilər

“Liverpul” “Yuventus”un 19 yaşlı cinah oyunçusu Kenan Yıldıza ciddi maraq göstərir.

Futbolpress.az xəbər verir ki, “mersisaydlılar” növbəti yay transfer pəncərəsində Yıldızın keçidi üçün 80 milyon avro büdcə ayırmağa hazırlaşır.

Mənbələr iddia edir ki, “qırmızılar” rəhbərliyi istedadlı türk futbolçunu klubla müqaviləsi bu yay başa çatacaq Məhəmməd Salahın varisi kimi görür. Bununla belə, Turin nəhəngi futbolçu ilə ayrılmağa və onu 100 milyon avroya dəyərləndirməyə tələsmir.

Yıldız bu mövsüm 40 matçda meydana çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “Yuventus”la hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

Seçilən
15
futbolpress.az

1Mənbələr