Florian Virtsin mövsümün sonunda “Bayer-04”ü tərk etmək ehtimalı çoxdu. Artıq onun yaxın illərlə bağlı planı məlum olub.
Gənc futbolçu gələcəyi ilə bağlı qərarını verib. Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi əvvəlcə Almaniyanın digər klubu “Bavariya”ya keçmək istəyir. Sonra isə karyerasını digər aparıcı liqaların klublarında davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət əvvəl “Real” və “Mançester Siti”nin yayda Florianı almaq planı ilə bağlı məlumatlar yayılmışdı.
Virts “Bayer-04”də 2020-ci ildən çıxış edir. O, yetirməsi olduğu komanda ilə bundesliqada meydana çıxdığı 133 oyunda 34 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta