AZ

Azərbaycanda qaz limiti ilə bağlı əhaliyə VACİB XƏBƏR - ARTIRILIR?

Məlum olduğu kimi bu ilin yanvar ayında Azərbaycanda təbii qazın tarifləri artdı.  1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.  


Bu günlərdə bir qrup vətəndaş tərəfindən redaksiyamıza müracət ünvanlanıb. Vətəndaşlar bildirirlər ki, hələ mart ayının əvvəli olmasına baxmayaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən vətəndaşlara təbii qazın ödənişi ilə bağlı borc qəbzi göndərilir. Həmçinin təbii qaza olan borcun məbləği çoxdur. Yəni, qaz pulu həddən artıq yazılır.  Vətəndaşlar onu da iddia edirlər ki, təbii qazın təzyiqi də son vaxtlar xeyli aşağı düşüb.


Həyət evində yaşayan vətəndaşlar və MTK sakinlərinin bir çoxu deyir ki, hazırda onların təbii qaz limiti keçib. Əhalinin bununla bağlı müxtəlif sosial şəbəkələrdə etirazları var.  Ümumiyyətlə qaz limitinin artırılması gözlənilirmi? Qiymət artımı barədə hər hansı bir dəyişiklik olacaqmı?  Vətəndaşların bildirdiyi təbii qaza olan borc miqdarının artması nə ilə bağlıdır?


Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Referans.az- a açıqlamasında  vətəndaşların sözügedən müraciətləri ilə bağlı məsələyə münasibət bildirib. O vurğulayıb ki, həmin müraciətlər yəqin ki, bir  neçə gün bundan əvvəl olunub. Nəinki  “Azəriqaz” İstehsalat Birliyinin tərəfindən ümumiyyətlə heç bir xidmət sahəsi tərəfindən 4-5 günün sərfiyyatı ilə bağlı abonentə bildiriş verilsin. Burada məsələ ondan ibarətdir ki, növbəti ayın əvvəlində göndərilən bildirişlər ötən ayda istifadə olunan qaz sərfiyyatının borcuna görədir. 


“Azəriqaz” İstehsalat Birliyinin rəsmisi həmçinin bildirişlərdə sərfiyyatla bağlı məbləğlərin çox olması məsələsinə də fikir bildirib. O qeyd edib ki, siz də bilirsiniz ki, son bir ayda Azərbaycanda havanın temperaturu həddən artıq və kəskin şəkildə aşağı düşdü. Belə vəziyyətlərdə isə istehlak olunan qazın həcmi isə avtomatik olaraq artır.  Qaza olan tələbat artdığı üçün sərf olunan qaz da çox olur.  Bunun yeganə səbəbi yalnız bu məsələ ilə bağlıdır. Bir də hər bir vətəndaş üçün ADS bazası adlı bir baza mövcuddur. Hər bir abonent bu baza vasitəsi ilə ödənişlər və sərfiyyatla bağlı bütün məlumatları əldə edə bilər. Hətta ötən illərdəki məlumatları da təhil edə bilər.

  



Eldəniz Vəliyev eyni zamanda onu da bildirib ki,  “Azəriqaz” İstehsalat Birliyi xidmət sahəsi olduğu üçün qaz limitləri ilə bağlı təqdim olunan qaydalara əsasən xidmət göstərir. Limit və tarif məsələlərini biz müəyyən etmirik. Qaz təzyiqinin aşağı düşməsi ilə bağlı isə onu bildirmək istərdim ki,  “Azəriqaz” İstehsalat Birliyi hər il mayın 1- dən noyabr ayının 1 - ə qədər payız-qış mövsümünə hazırlıq prosesini icra edir. Bu prosesdə yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması, karruziyaya uğramış boru xətlərinin yeniləri ilə əvəz olunması boyama işləri, şkafların sazlığının yoxlanılması və sızma hallarının vaxtında aşkar edilib qarşısının alınması icra olunur. Bütün bunlar ondan ötrüdür ki, qış mövsümdə abonentlər təhlükəsiz şəkildə qazla təmin olunsunlar.  


"Normal təzyiqin verilişi də məhz görülən işlərin müqabilində mümkün olur. Ümumilikdə isə biz payız və qış aylarında təzyiqlə bağlı müraciətlərlə qarşılaşmamışıq. Lokal olaraq təzyiqin aşağı olması faktları olub. Bu ya bizim nümayəndələr tərəfindən aşkar edilib ya da vətəndaşların müraciəti əsasında baş verib. Bu məsələlərə də dərhal ciddi şəkildə reaksiya vermişik və problem aradan qaldırılıb", - deyə Eldəniz Vəliyev əlavə edib.


Bünyamin Bünyadzadə

Referans

Seçilən
52
1
referans.az

2Mənbələr