AZ

Kiyev Londondan 970 milyon məbləğində ilk tranş alıb

Ukrayna Böyük Britaniyadan 752 milyon funt (970 milyon ABŞ dolları) məbləğində ilk tranş alıb. Vəsait dondurulmuş Rusiya aktivlərindən əldə edilmiş gəlirlər hesabına təmin edilib.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Teleqram” kanalında məlumat verib.

“Bu gün biz “G7 ERA” təşəbbüsü çərçivəsində 752 milyon funt aldıq. Vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək”, - deyə o yazıb.

Şmıqal Böyük Britaniya hökumətinə və G7-dəki digər tərəfdaşlarına Rusiya aktivlərinin Ukrayna xeyrinə işləməsini təmin edən mexanizmə görə təşəkkürünü bildirib.

“Ümid edirik ki, gələcəkdə də Rusiyanın bütün suveren aktivləri müsadirə ediləcək və bizim dövlətin xeyrinə təhvil veriləcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniya xəzinəsinin kansleri Reyçel Rivz arasında “G7 Extraordinary Revenue Acceleration for Ukraine” (ERA) təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə xərclərinə 2,26 milyard funt sterlinq (2,8 milyard dollardan çox) ayrılmasını nəzərdə tutan saziş imzalanıb.

Seçilən
10
1
news365.az

9Mənbələr