AZ

“Telegram” ödənişli mesajları təqdim etdi


“Telegram” messenceri premium hesab sahiblərinə əlaqə siyahısında olmayanlar üçün daxil olan mesajlar üçün ödəniş təyin etməyə imkan verən yeniləmə əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə platforma məlumat yayıb.
“Teleqramda tez-tez mesajlar alırsınızsa, kontakt siyahınızda olmayan istifadəçilərə mesaj göndərilməsini ödənişli edə bilərsiniz”, - məlumatda deyilir.
Bu halda, mesajlar messencerin daxili valyutası ilə ödənilməli olacaq - “ulduzlar”la.
Bildirilib ki, həmçinin ödənişli gələn mesajları qruplarda, o cümlədən kanallarda şərhlər üçün qura bilərsiniz:
“Bu, qrup sahibləri üçün öz icmalarından pul və “ulduzlar” qazanmağın başqa bir yoludur - eyni zamanda üzvlər arasında daha mənalı ünsiyyəti dəstəkləyir”.  
Bundan əlavə, indi əlaqə siyahısından olmayan bir istifadəçi ilə söhbətə başladıqda həmsöhbət haqqında əsas məlumatlar göstəriləcək:
- onun ölkəsi, telefon nömrəsi ilə müəyyən edilir;
- varsa, ümumi qruplar;
- messencerdə qeydiyyat tarixi;
- istifadəçinin adının və ya profil şəklinin sonuncu dəfə yenilənməsinin təxmini vaxtı.
Seçilən
36
yeniavaz.com

1Mənbələr