Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Yozua Kimmixin gələcəyi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, Avropanın bir neçə klubundan təklif alan alman yarımmüdafiəçi artıq qərarını verib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Kimmix "Bavariya"da qalacaq. 30 yaşlı futbolçu klubu ilə 4 illik müqavilə barədə razılıq əldə edib. Qarşıdakı günlərdə tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.
Təcrübəli oyunçu ona təkliflər gəlməsinə rəğmən, heç bir klubla danışıq aparmayıb. Onun əsas seçimi hər zaman Münhen təmsilçisində qalmaq olub.
Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu müddət ərzində Bundesliqa nəhənginin heyətində keçirdiyi 427 rəsmi matçda 43 qol və 114 assistlə yadda qalıb. Ulduz futbolçu klubda 20 titul qazanıb.
saytlarin hazirlanmasi