Qəzza zolağında Ramazan ayının ilk cümə namazının qılındığı məscidlərdən biri də İsrailin hücumlarında hədəfə alınan və dağıdılan Xan Yunus şəhərinin cənubundakı əl-Albani məscidi olub.
Qəzzalılar “İşğal məscidləri dağıda bilər, amma qəlbimizdəki imanı yox edə bilməyəcək, kimliyimizi silməyi bacarmayacaq” deyərək xarabalıqların üzərinə xalça, parça və həsir sərib namazlarını qılıblar.