AZ

Beş yaşlı uşağa görə dava düşüb: Təyyarə təcili eniş edib

İspaniyanın Lanzarote şəhərindən Londona uçan təyyarədə dava düşüb və pilot təcili eniş etməyə məcbur olub.

Demokrat.az
xəbər verir ki, beş yaşlı uşağın “iPad”də "Karate Kid" filminə baxması iki ailə arasında böyük mübahisəyə səbəb olub.

Münaqişə başqa sərnişinin səs-küydən narahat olması və uşağın anasından səsi azaltmağı xahiş etməsi ilə başlayıb. 26 yaşlı ana ona qarşı qışqırıldığını, irqçi təhqirlərə məruz qaldığını və mübahisənin fiziki zorakılığa çevrildiyini iddia edib.

Yaranmış xaos səbəbindən pilot təyyarəni Portuqaliyanın Porto şəhərində təcili eniş üçün yönləndirib. Hər iki ailə təyyarədən endirilib və polis tərəfindən sorğu-sual olunmaq üçün saxlanılıb. Ailələr öz imkanları ilə evlərinə qayıtmalı olublar.


Əfsanə Kamal
Demokrat.az

Seçilən
8
demokrat.az

1Mənbələr