AZ

A Seriyasından Premyer Liqaya

“Liverpul” “Yuventus”un 19 yaşlı cinah oyunçusu Kenan Yıldıza ciddi maraq göstərir.

Apasport.az xəbər verir ki, “mersisaydlılar” növbəti yay transfer pəncərəsində Yıldızın keçidi üçün 80 milyon avro büdcə ayırmağa hazırlaşır.

Mənbələr iddia edir ki, “qırmızılar” rəhbərliyi istedadlı türk futbolçunu klubla müqaviləsi bu yay başa çatacaq Məhəmməd Salahın varisi kimi görür. Bununla belə, Turin nəhəngi futbolçu ilə ayrılmağa və onu 100 milyon avroya dəyərləndirməyə tələsmir.

Yıldız bu mövsüm 40 matçda meydana çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “Yuventus”la hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

"İnter" Hakan Çalhanoğluna əvəzləyici tapıb

Messi "İnter Mayami"də daha bir matçı buraxacaq

“Fənər”də ciddi itki

Mourinyo mətbuat konfransında xoruldadı - VİDEO

Joze Mourinyo: “Məğlubiyyətə layiq idik”

Seçilən
16
apasport.az

1Mənbələr