Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhinə görə, Rusiya tərəfi Suriyada vəziyyətin kəskin pisləşməsindən narahatdır.
Turkustan.az xəbər verir ki, diplomat bildirib ki, “Biz Suriyada vəziyyətin kəskin pisləşməsindən narahatıq”.
O izah edib ki, daxil olan məlumatlara görə, Latakiya və Tartus əyalətlərində Suriya təhlükəsizlik qüvvələrinin və özlərini yerli müqavimət adlandıran silahlı qrupların iştirakı ilə genişmiqyaslı toqquşmalar gedir, hər iki tərəfdən çoxlu sayda ölü və yaralı var.
Diplomat vurğulayıb ki, bu kritik şəraitdə Rusiya Federasiyası “yerdə vəziyyətin gələcək inkişafına təsir göstərməyə qadir olan bütün nüfuzlu Suriya liderlərini qan tökülməsini tez bir zamanda dayandırmaq və mülki əhali arasında itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə” çağırır. "Suriyanın hazırda yaşadığı keçid dövrünün çətin şəraitində milli harmoniyanın qorunması, vətəndaşların təhlükəsizliyinin gücləndirilməsi, milli və ya dini mənsubiyyətindən asılı olmayaraq onların qanuni hüquqlarına hörmət edilməsi böyük əhəmiyyət kəsb edir"-deyə, o əlavə edib.
Aytən Yaşar/ Turkustan.az