Ukrayna prezidenti Vladimir Zelenskinin Brüsselə səfəri zamanı Belçika 1 milyard avro dəyərində hərbi yardım təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken VRT radiostansiyasına müsahibəsində deyib.
Yardım paketinə Çexiya təşəbbüsü ilə 155 mm-lik mərmilərin alınması üçün 216 milyon avro, Almaniya proqramı vasitəsilə hava hücumundan müdafiə üçün 200 milyon avro və əvvəllər Belçika Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarının tədarükü daxildir. Frankenin sözlərinə görə, Zelenski təklifi qəbul edib, eyni zamanda əlavə dəstək istəyib.
“Belçika daha çox şey edə bilər, lakin bunun üçün hökumətdə müzakirələr lazımdır”, – nazir qeyd edib.