Rusiya Ukraynada müvəqqəti atəşkəsi müzakirə etməyə hazırdır, lakin Putin şərtlər qoyur.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya sülhməramlı missiyanın təfərrüatlarına nəzarət etmək istəyir - hansı ölkələrin iştirak edə, hansının iştirak edə bilməyəcəyinə qərar vermək niyyətindədir.
Putin NATO qoşunlarının Ukraynada olmasının qəti əleyhinədir.
Bununla belə, Rusiya Çin kimi “neytral” ölkələrin öz qüvvələrini orada yerləşdirməsinə açıqdır.