AZ

Rusiyanın Ukraynanın qərbinə hücumu son bir ayın ən böyük hücumu adlandırılıb

Rusiya hərbçiləri ötən gecə Ukraynanın qərbindəki hədəflərə zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu hücum son bir ayın ən intensiv hücumu olub.

Ternopil və İvano-Frankivskdə çoxsaylı partlayışlar qeydə alınıb. 

Zərbələr enerji infrastrukturu obyektlərinə, silah və sursat anbarlarına, eləcə də Ukrayna ordusunu təchiz edən müəssisələrə və Ukrayna Silahlı Qüvvələrinin arxa qərargahının və Baş Kəşfiyyat İdarəsinin yerləşdiyi ərazilərə endirilib.

Partlayışlar Xmelnitski və Rivne vilayətlərində də qeydə alınıb. Bundan əlavə, Xarkov, Sumı, Poltava və Dnepropetrovsk vilayətlərinə də zərbələr endirilib.

Seçilən
23
nocomment.az

1Mənbələr