AZ

Tramp Rusiya və Ukraynaya çağırış edib

Vaşinqton, 7 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiyaya, xüsusilə bank sektorunda yeni sanksiyalar tətbiq edilə biləcəyini deyib.

AZƏRTAC-ın məlumatına görə, o, Rusiyanın Ukraynaya hava zərbələri endirməsi ilə əlaqədar açıqlama verib. Prezident Rusiya və Ukraynanın təcili danışıqlar masasına qayıtmalı olduğunu bildirib.

“Rusiyanın Ukraynanı döyüş meydanında tamamilə “vurması” faktına əsaslanaraq, atəşkəs və sülhlə bağlı yekun razılaşma əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları və tariflərin tətbiqini ciddi şəkildə nəzərdən keçirirəm. Rusiya və Ukraynaya səslənirəm - nə qədər gec deyil, masa arxasına oturun”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
45
1
azertag.az

2Mənbələr