“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının növbəti mövsüm Çempionlar Liqasına vəsiqəni əldən vermə ehtimalından danışıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis belə bir hadisə yaşanacağı halda fəlakət olmayacağını bildirib:
“Bu, fəlakət olmayacaq. Əlbəttə, Çempionlar Liqasına çatmağı hədəfləyirik. Amma bunu bacarmasaq, bu, sadəcə olaraq, bizim kifayət qədər yaxşı olmadığımızı və digər komandaların daha çox qazandığını göstərir. Bəli, cədvəldəki hazırkı yerimiz mükəmməl deyil, amma o da qorxulu deyil. Hər şey öz əlimizdədir və biz sona qədər mübarizə aparacağıq”.
Premyer Liqanın 27 oyunundan sonra “şəhərlilər” 47 xalla dördüncü pillədə qərarlaşıb.