UEFA-nın hesablamalarına görə, futbol tarixinin ən bahalı heyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, 2024-cü ilin "Çelsi"si ilk pillədə qərarlaşıb.
London klubunun futbolçularının ümumi dəyəri 1,656 milyard avro təşkil edib. Siyahıda növbəti pillələri də ingilis klubları tutublar. "Mançester Siti"nin dəyəri 1,294 milyard, "Mançester Yunayted"in isə 1,098 milyard avro olub.
Qeyd edək ki, bundan əvvəlki rekorda "Real" imza atıb. Madrid klubunun futbolçularının 2020-ci ildəki dəyəri 1,332 milyard kimi tarixə düşüb.