AZ

Vuçiç və Putin arasında telefon danışığı olub

Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya lideri Vladimir Putinlə yaxşı və mənalı telefon danışığı apardığını bildirib.

“Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə söhbəti indicə bitirdim. Əməkdaşlığımızın bütün vacib ikitərəfli məsələləri üzrə yaxşı, mənalı, görüşümüz oldu”, - deyə Vuçiç qeyd edib.

Söhbət zamanı Vuçiç mayın 9-da Moskvaya səfərini də təsdiqləyib. O, rəsmi səfərin təsdiqini xüsusi şərəf adlandırıb və əlavə edib ki, nümayəndə heyətinə başçılıq etməklə Serbiyanı qürurla təmsil edəcək.

Seçilən
31
aznews.az

1Mənbələr