AZ

Tramp İranın nüvə probleminin həlli yollarını sadalayıb

ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramı ilə bağlı razılaşmanı dəstəkləyib, lakin problemin hərbi güc tətbiqi yolu ilə həllini istisna etməyib.

NOCOMMENT.az xəbər verir ki,  o, bu barədə Fox News-a müsahibəsində bildirib.

“İki yol var – hərbi və ya müqavilə və mən razılaşmaya üstünlük verərdim, çünki İrana zərər vermək istəmirəm. Biz hərbi yolla qalib gələn kimi yaxşı bir razılaşma əldə edə bilərik”, – Amerika lideri bildirib.

Eyni zamanda, o, etiraf edib ki, bütün Amerika rəsmiləri onun İrana yanaşması ilə razılaşmaya bilər.

Bundan əvvəl Amerika lideri bildirib ki, ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşma əldə etmək istəyir. O qeyd edib ki, bununla bağlı ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərib.

Seçilən
20
nocomment.az

1Mənbələr