AZ

Dünyanın ən gözəl qadını narkotikdən istifadə edir..?

Fanatlar britaniyalı supermodel Keyt Mossun qanunsuz maddələrdən istifadə etməsindən şübhələnirlər.

SİA-nın məlumatına görə, müvafiq videolar və şərhlər Lucien Pages Communication agentliyinin TikTok səhifəsində yer alıb.

Dünyanın ən gözəl qadını kimi tanınan 51 yaşlı model İzabel Marant şousunda görüntülənib. Belə ki, məşhur dəri pencək və krujeva şortu ilə, toru taytın üstünə geyinərək kameralar qarşısına keçib.

Bundan əlavə, yayımlanan görüntülərdə bir qadının ona arxadan yaxınlaşaraq əlini çiyninə qoyduğu görünür. Moss da öz növbəsində qəfildən ondan üz çevirir.

Modelin davranışı agentliyin abunəçilərini təəccübləndirib. Videonun altındakı şərhlərdə “O, çox narahat görünür”, “Yenə narkotik çəkir?”, “Nə baş verir?”, “Görmür ki, hamı ona gülür?”, “Hərəkətləri çox yöndəmsizdir”.

Keçən iyun ayında Kate Moss da Dior şousunda qadağan olunmuş maddələrin qəbulu ilə bağlı şübhələri artırmışdı.

Nazlı Almuradova

Seçilən
10
sia.az

1Mənbələr