AZ

Böyük Magellan Buludunda qara dəlik aşkar edildi

Alimlər bizə ən yaxın qalaktikalardan biri olan Böyük Magellan Buludunda superkütləli qara dəliyin mövcudluğuna dair inandırıcı dəlillər tapıblar. Bu kəşf onu Süd Yoluna ən yaxın bu tip qara dəlik edir.

Hit.az xəbər verir ki, araşdırma "The Astrophysical Journal" (AstroJournal) jurnalında dərc olunub.

Tədqiqatçılar qalaktikamızın kənarındakı 21 ulduzun hərəkətini tədqiq ediblər. Bu ulduzlar böyük sürətlə hərəkət edir və nəticədə Süd Yolunu tərk edirlər. Belə obyektlərə hipersürətli ulduzlar deyilir.

Güllənin trayektoriyası ilə məhkəmə-tibb alimləri güllənin haradan atıldığını hesablaya bildiyi kimi, astronomlar da bu ulduzların mənbəyini müəyyən ediblər. Məlum olub ki, onların təxminən yarısı Süd Yolunun mərkəzi qara dəliyi, digər yarısı isə Böyük Magellan Buludunda əvvəllər məlum olmayan nəhəng obyekt tərəfindən atılıb.

Harvard-Smithsonian Astrofizika Mərkəzindən, tədqiqatın aparıcı müəllifi Jesse Hahn deyib: "Bizim kosmik miqyasda sözün əsl mənasında qonşuluqda başqa bir superkütləvi qara dəliyin olduğunu başa düşmək heyrətamizdir".

Qara dəlik "görünməzliyi" səbəbindən diqqətdən kənarda qalıb - o işıq saçmır və ya asanlıqla aşkar edilə biləcək şəkildə ətrafı ilə qarşılıqlı əlaqədə olmur. Lakin tədqiqatçılar bunu Avropa Kosmik Agentliyinin Gaia missiyasının məlumatlarını təhlil edərək tapıblar. Bu peyk ulduzların hərəkətini yüksək dəqiqliklə izləyir.

Alimlər aşkar ediblər ki, hipersürətli ulduzlar ikili ulduz sistemi superkütləli qara dəliyə yaxınlaşdıqda doğulur. Onun güclü cazibə qüvvəsi sistemi parçalayır: bir ulduz qara dəliyin ətrafında orbitdə qalır, ikincisi isə böyük sürətlə kosmosa atılır.

Tədqiqatçılar Böyük Magellan Buludunda aşkar edilmiş qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 600 min dəfə böyük olduğunu hesablayıblar. Bu, Süd Yolunun mərkəzi qara dəliyindən (4 milyon günəş kütləsi) əhəmiyyətli dərəcədə kiçikdir, lakin yenə də onu qalaktikamızın yaxınlığındakı ən kütləvi dəliklərdən birinə çevirir.

Samir

Seçilən
30
hit.az

1Mənbələr