AZ

Ana həbsdə, ata isə onlara baxa bilmir - Bir ailənin 3 qız övladı sığınacağa yerləşdirildi VİDEO

Beş il əvvəl 12 yaşlı övladı sığınacağa yerləşdirildi. Daha sonra 5, bir neçə gün öncə isə 3 yaşlı qızı sığınacağa yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, söhbət bir ailənin 3 qız övladından gedir.

Biri o birindən gözəl və dilavər olan bu qızcığazların anası həbsdədir, atası isə onlara baxmaq üçün özündə güc tapmadığını deyib.

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  deyir ki, ailənin hər üç övladı sağlamdır.  Ailənin böyük övladının artıq 17 yaşı var, xaricdə təhsil almaq arzusundadır. Kiçik qızlar isə sığınacaqda sevgi və qayğı ilə əhatələniblər.

Mehriban Zeynalova deyir  ki, qızların anası bir dəfə övladlarını sığınacaqdan götürsə də yenidən gətirib.

"3  yaşlı qızcığaz, atası üçün darıxdığını kəlmə-kəlmə izah edir. Deyir mən onlardan küsmüşəm. Şəfəq isə valideynlərinin gələcəyi  günü gözləyir. Ailənin böyük övladının isə həm arzuları, həm də məsuliyyəti  böyükdür. İndi o kiçik yaşlı bacılarına həm ana, həm də atadır".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr