AZ

Moldovalı müxalifətçi Rus Evinin analoqunu açmağa söz verib

Moldova müxalifətçisi İlan Şor “Pobeda” siyasi blokunun bazasında Moldova hakimiyyətinin bağlamağı planlaşdırdığı Rusiya Evinin Kişinyovda analoqunu açmağa söz verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, “Pobeda” blokunda 1300-dən çox ilkin hüceyrə var.

“Biz hər bir ilkin hücrə əsasında Rus Evi yaradacağıq”, – deyə o vurğulayıb.

Moldova Xarici İşlər Nazirliyi daha əvvəl Rusiya ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı müqavilənin ləğv edildiyini açıqlamışdı. Bunun ardınca Rusiyanın Kişinyovdakı səfirliyi Moldova hakimiyyətinin Rus Evini bağlamaq qərarını pisləyib, bunu tələsik və ikitərəfli razılaşmalara zidd adlandırıb.

Seçilən
14
nocomment.az

1Mənbələr