ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna prezidenti Vladimir Zelenski qiymətli metallar müqaviləsini imzalamaqdan imtina edərsə, Ukrayna rəsmilərinə qarşı “korrupsiya iddialarını” mətbuata sızdırmaqla hədələyib .
Turkustan.az xəbər verir ki, "Washington Post" (WP) yazarı David İqnatius qəzetdə dərc olunan məqaləsində Vaşinqton administrasiyasının Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı mövqeyini dəyərləndirib.
İqnatius Tramp administrasiyasının ötən həftə Ağ Evə səfərindən əvvəl Zelenskiyə qiymətli metallar müqaviləsini “imzalamaq” üçün təzyiq etdiyini iddia edib və həmçinin ABŞ-ın Ukrayna rəsmilərinə qarşı korrupsiya iddialarını ictimaiyyətə açıqlamaqla hədələdiyini deyib.
Rusiya-Ukrayna sülh danışıqlarının “real danışıqlara” çevrilməsi üçün Trampın Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməli olduğunu irəli sürən İqnatius Trampın bu mövzuda “boş getdiyini” əlavə edib.
Aytən Yaşar/ Turkustan.az