AZ

Bloomberg: Rusiya bir şərtlə Ukraynada atəşkəsi müzakirə etməyə hazırdır

Yekun sülh razılaşması istiqamətində irəliləyiş olarsa, Rusiya Ukraynada müvəqqəti atəşkəs rejimini müzakirə etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın Bloomberg agentliyi Moskvadakı mənbələrə istinadən məlumat yayıb.

“Rusiya Ukraynada müvəqqəti atəşkəsi müzakirə etməyə hazırdır, bir şərtlə ki, yekun sülh nizamlanması istiqamətində irəliləyiş əldə olunsun”, – nəşrin bəyanatında deyilir.

Agentliyin mənbələri bildiriblər ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlmək üçün yekun sülh sazişinin prinsipləri barədə aydın anlayış olmalıdır.

Seçilən
15
nocomment.az

1Mənbələr