AZ

PKK silahlarını təvil verməlidir - Yaşar Gülər

Bakı, TurkicWorld

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər PKK terror təşkilatına silahı yerə qoymaq çağırışı edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Gülərin verdiyi açıqlamada deyilir

"PKK və müxtəlif adlar altında fəaliyyət göstərən bütün qolları ləğvolma qərarı almalı və şərtsiz olaraq silahlarını təhvil verməlidir. Əks halda verilən heç bir bəyanat qəbul olunmur və olunmayacaq. Atəşkəs kimi məsələlər gündəmə gətirilməməlidir, belə bir şey əsla müzakirə mövzusu deyil",- deyə nazir bildirib.

Qeyd edək ki, ötən ay PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırışı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm",- deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

PKK (Kürdüstan Fəhlə Partiyası - Partiya Karkerên Kurdistan), 1978-ci ildə hazırda həbsdə olan Abdullah Öcalan tərəfindən Türkiyədə qurulmuş bir terror təşkilatdır. PKK, kürdlərin hüquqlarını müdafiə etdiyini ddia edir.

Qısa Tarixi və Məqsədləri. Terror təşkilatı 1984-cü ildən etibarən Türkiyəyə qarşı silahlı mübarizəyə başlayıb. Başlanğıcda marksist-leninist ideologiyaya əsaslanırdı, sonralar isə demokratik konfederalizm modeli altında maskalanmağa başladı. Kürd muxtariyyəti və ya müstəqilliyi uğrunda mübarizə apardığını iddia edir. PKK bir çox kürdlər tərəfindən dəstəklənmir.

Beynəlxalq Statusu. Türkiyə, ABŞ, Avropa İttifaqı və bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Suriya, İraq və İran daxilində müxtəlif terror qruplarlı ilə əlaqələri var. Suriyada PKK-ya bağlı YPG (Xalq Müdafiə Dəstələri) fəaliyyət göstərir. ONların ən aktiv dəstəkçisi ABŞ və avropa ölkələrindir. Türkiyənin etirazına baxmayaraq ABŞ güya İŞİD-ə qarşı mübarizə adı altında PKK-nın Suriya qolunu dəstəkləyib.

Seçilən
8
45
turkic.world

10Mənbələr