AZ

İranla bağlı məsələ var və çox tezliklə nəsə olacaq... - Tramp

Sizin danışacağınız növbəti mövzu İran olacaq.

Sherg.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp Oval ofisdə proqramda nəzərdə tutulmayan çıxışında bildirib.

Hal-hazırda da davam edən çıxışda prezident İranla bağlı önəmli açıqlamalar verib:

"Mən sizə deyə bilərəm ki, biz indi İranla son mərhələyə çatmışıq. Bu, çox maraqlı bir dövr olacaq və nə olacağını görəcəyik. Amma indi biz son anlardayıq, son mərhələdəyik. Biz İranın nüvə silahına malik olmasına icazə verə bilmərik. İranla bağlı məsələ var və çox tezliklə nəsə olacaq. Düşünürəm ki, siz də tezliklə bu haqda danışacaqsınız. Ümid edirəm ki, biz sülh sazişi bağlaya bilərik", - o bildirib.
Seçilən
16
sherg.az

1Mənbələr