AZ

“Crocus” terrorçularından biri saxlanıldı

“Crocus City Hall”da törədilən terror aktının iştirakçılarından olduğu ehtimal edilən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Saxlanılan Mohammed Şərifulla “Corcus” terrorçularına silahlardan istifadə ilə bağlı təlim keçdiyini etiraf edib. Bundan başqa o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı 13 hərbçi və mülki şəxsləri öldürməkdə ittiham olunur.

“İstintaq zamanı Şərifulla İŞİD-in adından bir neçə ölümcül hücumların dəstəklənməsi və təşkil edilməsində iştirakını etiraf edib”, – nazirliyin məlumatında deyilir.

Onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.//Globalinfo.az

Seçilən
11
konkret.az

1Mənbələr