Tanınmış yazar Kəramət Böyükçöl dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında qonaq olub.

Dərgi.az xəbər verir ki, o, öz açıqlamasında ziyalı hesab edilmək istəmədiyini bildirib. Onun sözlərinə görə, bu status bir insan və yazıçı kimi azadlığını məhdudlaşdırır.

 

“Mənim üzərimə öhdəlik qoyurlar ki, ziyalısan. Mən ziyalı deyiləm. Çünki bu söz mənim bir insan kimi, bir yazıçı kimi azadlığımı məhdudlaşdırır. Mənim üzərimə öhdəlik qoymayın” – deyə, o qeyd edib.

 

Yazıçı vurğulayıb ki, Azərbaycan xalqı və cəmiyyəti qarşısında hər hansı sosial statusu yoxdur: “Seçdiyi və ya seçmədi deputat deyiləm, xalq yazıçısı deyiləm desinlər ki, sonra xalq yazıçısısan bizim istədiyimiz kimi olmalısan. Mən siravi vətandaşam. Sənin kimi mənim də facebook profilim var, gündəlik hisslərini, düşüncələri sən yazıb paylaşdığını mən də edirəm. Bu kiminsə gözündə səhv də ola bilir, düz də. Bir də hamı kimi Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi yaradıcı azadlığı var, kitablar yazıram və onu çap edib küçədə satıram”.

Kəramət Azərbaycanda deputatlığa olan maraq və seçki mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb. O, ölkədə insanların çoxsaylı cavabsız suallarının olduğunu vurğulayaraq, azad seçki keçirilsə, xalqın məşhur müğənni Manaf Ağayev kimi şəxslərə səs verəcəyini iddia edib:

“Manaf əlinə bir mikrafon alıb hər kənddə bir “Ana” mahnısı oxuyacaq, insanlarda deyəcək ki, xoşuma gəldi, gedim buna səs verim. İnsanlar da bu fikrimi alqışlayacaq ki, “Kəramət bəyə eşq olsun, düz deyir”. Mən bu fikrimə belə alternativ cavab deyərəm ki, Manaf Ağayev ona görə deputat olmaq istəyər ki, görəcək Milli Məclis kef, əyləncə, yeyib-içmək yeridir, bu da gedib namizədlik verəcək. Amma o görsəki millətə vəkillik etmək nə dərəcədə bir məsuliyyətdir, o gedib heç namizədliyini verməyəcək”.