Liqa 1 komandalarından "Marsel" sağ cinah müdafiəçisi Amir Murilyo ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisi oyunçu ilə 2028-ci ilə yeni razılaşma əldə edib.
Xatırladaq ki, 29 yaşlı futbolçu "Marsel"ə 2023-cü ildə "Anderlext"dən 2,5 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Panama millisinin üzvü bu mövsüm iştirak etdiyi 25 rəsmi matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Noyerin sevinci kədərə çevrildi - Klubu açıqladı
"İnter" Hakan Çalhanoğluna əvəzləyici tapıb
Messi "İnter Mayami"də daha bir matçı buraxacaq
“Fənər”də ciddi itki
Mourinyo mətbuat konfransında xoruldadı - VİDEO