AZ

Bax 34 ildən sonra BOK-dan ayrılır

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax ilk dəfə bu quruma seçiləndən 34 il sonra ayrılmaq qərarı verib.

Bu xəbər BOK-un saytında yer alıb.

Bax ötən həftə BOK üzvü postundan istefa ərizəsi yazıb və qurumun İcraiyyə Komitəsi ərizəni qəbul edib. Ancaq bu qərar yalnız yayda – iyunun 23-də qüvvəyə minəcək. Məhz həmin gün almaniyalı prezident səlahiyyətlərini yeni rəhbərliyə təhvil verəcək.

Bax ilk dəfə 1991-ci ildə BOK üzvü seçilib, 1996-cı ildə isə bu qurumun İcraiyyə Komitəsinə daxil olub. 2013-cü ildə BOK-un prezidenti seçilib, 2021-ci ildə qurum üzvləri yenidən ona etimad göstərib. Ancaq ötən ilin avqustunda bir daha yeni müddətə seçilmək niyyətində olmadığını bildirib.

Seçilən
8
football-plus.az

1Mənbələr