AZ

Fonsekanı ağır cəza gözləyir

Paulu Fonsekanın adı yenə qalmaqallı hadisədə hallanır. O, yolverilməz davranış və hərəkətinə görə ağır cəzalana bilər.

Bu barədə “RMC Sport” məlumat yayıb.

“Lion”un baş məşqçisi Liqa 1-in 24-cü turunun “Brest”lə ev oyununun (2:1) 90+4-cü dəqiqəsində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan hakim Benua Miyoya sərt reaksiya verib. Referi buna görə Fonsekanı qırmızı vərəqə ilə cəzalandırıb. Baş məşqçi isə daha da əsəbiləşərək hakimə hücum edib. Portuqaliyalı çalışdırıcını futbolçular sakitləşdiriblər.

“RMC Sport”un xəbərində Fonsekanın bu hərəkətinə görə futboldan bir neçə aylıq kənarlaşdırıla biləcəyi deyilir. Hətta cəzanın müddətinin 7 ay olması ehtimalı da var.

Yeri gəlmişkən, Fonseka “Lion”a bu il yanvarın 31-də baş məşqçi təyin olunub. Onun ötən ilin dekabrında qeyri-qənaətbəxş nəticələrə görə “Milan”dan qovulduğunu da xatırladaq.

Seçilən
4
football-plus.az

1Mənbələr