AZ

AƏSMA-da 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə ilk olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları ürəkdən təbrik edib, hər birinə cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb. O, öz çıxışında bildirib ki, Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin dayağı olublar. Xalqımızın zəngin milli-mədəni sərvətlərinin qorunmasında və nəsildən-nəslə ötürülməsində Azərbaycan qadınlarının xidmətləri əvəz olunmazdır.

Y. Ağayev, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilən dövlət qadın siyasətinin əhəmiyyətini diqqətə çatdırıb.

Y.Ağayev, tədbirdə iştirak edən şəhid anasının timsalında bütün qadınlara xoş arzular diləyib. Həmçinin, Akademiyanın qadın əməkdaşları mükafatlandırılıb, tədbirdə iştirak edən bütün xanımlara güllər hədiyyə edilib.

Tədbir AƏSMA tələbələrinin hazırladıqları bədii hissə ilə davam etmişdir.

Seçilən
5
unikal.az

1Mənbələr