AZ

Trampdan hələ məktub almamışıq -İran

İran, ABŞ Prezidenti Donald Trampın İran lideri Ayətullah Əli Xomeyniyə nüvə danışıqları ilə bağlı məktub göndərdiyi iddiasına cavab verib.

Redaktor.az xəbər verir ki, Rəsmi Tehran, indiyədək belə bir məktub almadığını bildirib.

İran mediasının məlumatına görə, İranın Nyu-Yorkdakı BMT Daimi Nümayəndəliyi Trampın iddiasına münasibət bildirərək: “indiyə qədər belə bir məktub almadıq”, - deyə açıqlama verib.

Xatırladaq ki, Tramp "Fox Business Network" kanalına verdiyi müsahibədə Xomeyniyə məktub göndərdiyini bildirmiş və “Ümid edirəm ki, müzakirəyə razı olarsınız, çünki hərbi müdaxilə qaçılmaz olsa, bu, dəhşətli olacaq” sözlərini işlətmişdi.

Kənan YUSİF 

 

Seçilən
24
redaktor.az

1Mənbələr