AZ

Yer kürəsindəki ən böyük ozon dəliyinin nə vaxt yox olacağı məlum olub



Xloroflorokarbonların qadağası Yerin ozon təbəqəsindəki dəliyin əhəmiyyətli dərəcədə kiçilməsinə səbəb olub və onun tamamilə yox olmasına ümid var. Amerika alimləri bu qənaətə Nature jurnalında dərc olunan araşdırmada gəliblər.
Planetin ətrafındakı stratosferdə 15-50 kilometr hündürlükdə yerləşən ozon təbəqəsi Yeri təhlükəli ultrabənövşəyi şüalardan qoruyur. Ancaq 1985-ci ildə elm adamları Antarktida üzərində nəhəng bir dəliyin meydana gəldiyini aşkar etdilər. Tədqiqatlar göstərir ki, ozona xloroflorokarbonlar mənfi təsir göstərir. 1987-ci ildə Monreal Protokolu imzalandı və bu birləşmələrin mərhələli şəkildə dayandırılmasına başlandı.
"Monreal Protokoluna uyğun olaraq texnogen ozon məhv edən maddələrin istifadəsinin azaldılmasından sonra ozon təbəqəsinin bərpası əlamətləri qeydə alınıb", - alimlər bildiriblər.
Tədqiqatçılar ozon təbəqəsinin xloroflorokarbonsuz, istixana qazları olmadan və bütün faktorların dəyişməz qalması ilə bağlı bir neçə ssenarisini müqayisə etdikdən sonra belə qənaətə gəliblər ki, vəziyyət məhz süni ozon parçalayan maddələrin olmaması səbəbindən yaxşılaşır. Eyni zamanda, tədqiqat müəlliflərinin fikrincə, ozon təbəqəsinin tam bərpası 2035-ci ilə qədər başa çatdırıla bilər.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun elmi direktoru Viktor Danilov-Danilyan bəyan etmişdi ki, dünyada qlobal ekoloji vəziyyət pisləşir. Onun sözlərinə görə, yeganə istisna ozon təbəqəsidir. Monreal protokolunun qəbulundan və sənəddə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsindən sonra onun xüsusiyyətləri yaxşılaşır.

aia.az
Tərcümə şöbəsi



Seçilən
34
aia.az

1Mənbələr