"Çelsi"nin 2024-cü il üçün heyəti futbol tarixinin ən bahalı heyəti olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) məlumat yayıb.
“Çelsi”nin oyunçularının ümumi dəyəri 1,656 milyon avro olub. Həmçinin 2024-cü ilin ən bahalı komandaları üçlüyündə “Mançester Siti” (1,294 milyon avro) və “Mançester Yunayted” (1,098 milyon avro) yer alıb.
Keçirilən 27 oyundan sonra "Çelsi" 46 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir. Növbəti mərhələdə Enzo Mareskanın yetirmələri “Lester”lə qarşılaşacaq. İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün cədvəlinə 67 xalla "Liverpul" başçılıq edir.