Ağcabədidə “Azərişıq”a məxsus avtomobil aşıb.
AzPost Bakupost.az-a istinadla xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, M.İbrahimli “Azərişıq” ASC-nin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.