AZ

Bloomberg: Rusiya bir şərtlə Ukraynada atəşkəsi müzakirə etməyə hazırdır



Yekun sülh razılaşması istiqamətində irəliləyiş olarsa, Rusiya Ukraynada müvəqqəti atəşkəsi müzakirə etməyə hazırdır. Bu barədə Amerikanın Bloomberg agentliyi Moskvadakı mənbələrə istinadən məlumat yayıb.
“Rusiya yekun sülh nizamlanması istiqamətində irəliləyiş əldə olunarsa, Ukraynada müvəqqəti atəşkəsi müzakirə etməyə hazırdır”, - nəşr yazıb.
Agentlik mənbələri bildiriblər ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlmək üçün yekun sülh sazişinin prinsiplərini aydın başa düşmək lazımdır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin deyib ki, Zelenski Moskva ilə danışıqlardan yayınır, çünki onların başlaması qaçılmaz olaraq Ukraynada hərbi vəziyyətin ləğvi zərurətinə gətirib çıxaracaq. O qeyd edib ki, bunun ardınca prezident seçkilərinin keçirilməsi zərurəti yaranacaq. Rusiya liderinin sözlərinə görə, Zelenskinin seçkilərdə qalib gəlmək şansı sıfıra bərabərdir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
34
aia.az

1Mənbələr