AZ

“ABŞ-dən üzr istəməyəciyik” – Podolyak

“ABŞ Prezidenti Donald Trampla mübahisə zamanı Volodimir Zelenski heç bir səhvə yol verməyib və Ukrayna bu münaqişəyə görə ABŞ-dən üzr istəməməlidir”.

7Times.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Le Point” nəşrinə müsahibəsində bildirib.

“O, həm formada, həm də məzmunda tamamilə haqlı idi, əsas ideyanı amerikalı tərəfdaşlarımıza çatdırmağa çalışırdı. Rusiyaya təzyiq etmədən, heç nə alınmayacaq. Moskvanın könüllü güzəştlərinə ümid bəsləməklə müsbət nəticə əldə etmək mümkün deyil. Rusiyanı buna məcbur etmədən sülh danışıqları mümkün deyil… Ona görə də baş verməyən bir səhvə görə üzr istəməyəcəyik”, – deyə o, bildirib.

Eyni zamanda o vurğulayıb ki, Ukraynanın bir düşməni var və o da Vladimir Putin və Rusiya Federasiyasıdır.

Seçilən
56
4
7times.az

5Mənbələr