AZ

Kursk vilayətində üç pilotsuz təyyarə məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti ərazisi üzərində Ukraynanın üç pilotsuz uçuş aparatını məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Moskva vaxtı ilə saat 19:35-dən 19:55-dək növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin ərazisi üzərində Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını məhv edib”, – press-relizdə deyilir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bir gecədə Rusiyanın 5 regionu üzərində Ukraynaya məxsus 39 pilotsuz təyyarənin tutulduğunu bildirib. Departamentin hesabatına görə, 14 PUA Krım, 12-si Qara dəniz, 7-si Kursk vilayəti, 3-ü Azov dənizi, Rostov, Belqorod və Oryol vilayətləri üzərində isə hər biri bir PUA məhv edilib.

Seçilən
8
nocomment.az

1Mənbələr