AZ

Keçəlliyin dərmanı tapıldı: Saç əkimi dövrü başa çatır

Keçəlliyin dərmanı tapıldı:

Elm adamları saç böyüməsini stimullaşdıran təbii bir şəkər kəşf ediblər. Pakistanın COMSATS Universiteti və Böyük Britaniyanın Şeffild Universitetinin alimləri siçanlar üzərində apardıqları araşdırmalarda 2-deoksi-D-riboza (2dDR) adlı şəkərin tük artımını təşviq etdiyini müəyyən ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Şeffild Universitetinin professoru Sheila MacNeil bildirir ki, bu kəşf milyonlarla kişiyə fayda verə bilər və saç əkimi kimi invaziv prosedurların yerini ala bilər. Müalicə dəridə qan damarlarının böyüməsini stimullaşdıraraq saç follikullarının yenidən aktivləşməsinə kömək edir.

Keçəlliyin səbəbləri

Kişilərdə keçəllik əsasən genetik və hormonal faktorlarla bağlıdır. Əsas səbəblər bunlardır:

Genetika – Əgər ailədə keçəllik varsa, risk daha yüksəkdir.

DHT hormonu – Testosteronun törəməsi olan dihidrotestosteron (DHT) saç follikullarını daraldaraq saçın tökülməsinə səbəb olur.

Yaşlanma – Zaman keçdikcə saç kökləri zəifləyir və yeni saçların çıxması çətinləşir.

Həyat tərzi və xarici amillər – Stress, qeyri-sağlam qidalanma, siqaret və spirt istifadəsi saç sağlamlığını pozur.

Xəstəliklər və dərmanlar – Qalxanabənzər vəzi xəstəlikləri, kimyaterapiya kimi müalicələr saç tökülməsinə səbəb ola bilər.

Yeni müalicə keçəlliyə son qoya bilər

Elm adamları 2-deoksi-D-riboza əsaslı müalicənin kişilərin özünə inamına və görünüşünə müsbət təsir edə biləcəyini düşünürlər. Bu yeni üsul genişmiqyaslı klinik sınaqlardan uğurla keçərsə, saç transplantasiyasına ehtiyac azalacaq və keçəllik problemi daha asan həll edilə biləcək.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
36
e-saglam.az

1Mənbələr