AZ

Milli Məclisdə qızğın müzakirələr… VİDEO

"Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması zəruridir".

Bu sözləri Ombudsman Səbinə Əliyeva Milli Məclisdə "2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi"ni təqdim edərkən deyib.

Ombudsman həmçinin qeyd edib ki, "Onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi məqsədəmüvafiqdir.

Səbinə Əliyeva həmçinin deyib ki, təhsil müəssisələrində zorakılığa məruz qalmış uşaqlara zəruri dəstəyin göstərilməsi olduqca vacibdir. Zorakılıq qurbanı olmuş uşaqlar üçün fərdi dəstək planı hazırlanmalı, uşağın psixoloji vəziyyəti və inkişafı qiymətləndirilərək müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Gündəlikdə olan məsələlərin müzakirəsi zamanı Razi Nurullayev yanacaqdoldurma məntəqələrindəki problemdən danışıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə qırx manat məbləğində cərimə olunacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
xezerxeber.az

1Mənbələr