AZ

Avropa Ukrayna üçün "Starlink" sistemlərinə alternativ AXTARIR

ABŞ-nin Kiyevə hərbi yardımı dayandırması ilə bağlı qərarından sonra Avropa Ukraynaya "Starlink" peyk şəbəkəsi sistemlərinə alternativlər təqdim etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.

“Avropa Ukraynaya İlon Maskın “Starlink” genişzolaqlı peyk şəbəkəsinə alternativ təqdim etməyə tələsir”, - nəşr bildirib.

Dörd əsas peyk operatoru - Lüksemburqun SES, İspaniyanın "Hisdesat", Amerikanın "Viasat" və Fransanın "Eutelsat/OneWeb" şirkəti "Financial Times"a təsdiqləyiblər ki, onlar Ukraynanı rabitə ilə necə təmin etmək barədə Avropa İttifaqı (Aİ) hökumətləri və qurumları ilə danışıqlar aparırlar.

Qeyd edilir ki, "Starlink" sistemlərinin dəyişdirilməsi Aİ üçün “çağrı” olaraq qalır.

Əvvəllər bildirilirdi ki, "Eutelsat" Ukrayna ərazisində 40 min internet terminalı yerləşdirmək imkanını nəzərdən keçirir.

Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Rusiya ilə sülh danışıqlarına başlamağa hazır olduğunu nümayiş etdirənə qədər Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəlib. Həmin gün “The Economist” qəzeti mənbəyə istinadən yazıb ki, Kiyev "Starlink" peyk şəbəkəsinə çıxışın kəsiləcəyi təqdirdə hərbi qulluqçular üçün ehtiyat rabitə kanalları hazırlayır.

Turan İSMAYIL

Seçilən
29
redaktor.az

1Mənbələr