"Bayern Münhen"in cinah hücumçusu Kinqsli Koman gələcək karyerası ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.
Mənbə "Bayern" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq 28 yaşlı futbolçunun bu yay iş yerini dəyişmək istədiyini vurğulayıb. Fransalı oyunçunun Səudiyyə Ərəbistanında oynamağı hədəflədiyi bildirilib. Komanla hazırda 4 Pro Liqa təmsilçisinin maraqlandığı da diqqətə çatdırılıb. Xəbərə görə, Almaniya nəhəngi Kinqslinin satışından 30-40 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 33 matça çıxan Koman 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat