"Real"ın baş məşqçisi Karlo Ançelotti öz istefası haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə mütəxəssis italiyalı aktyor Cakomo Porettinin verilişində deyib:
"Heç vaxt buradan getməyə qərar verməyəcəyəm. Bunu prezident edəcək. Mən bu cür qərarlar vermirəm. Gec-tez bu, baş verəcək".
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real"a baş məşqçilik edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. İtaliyalı mütəxəssis bundan əvvəl Madrid klubunda 2013-2015-ci illərdə də çalışıb.